Avroliqa turnirinin 3-cü təsnifat mərhələsindəki təmsilçimiz Ağdamın “Qarabağ” klubu futbol bu gün cavab matçına çıxacaq. “Qarabağ”ın rəqibi, Polşanın “Visla” klubudur.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun axşam saat 21.00-da başlayacaq.
Xatırladaq ki, Polşada keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanmışdı.
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi jurnalistlərə deyib ki, «Visla»nı çox ciddi rəqib kimi qəbul edir. "Onlar düşündüyümüzdən də güclüdür. Biz ilk oyunda rəqibi və onun futbolçularını daha yaxından tanıdıq. Hər iki komandanı çox ağır oyun gözləyir. Biz sonadək mübarizə aparıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq. Və qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçular da məsuliyyəti yaxşı dərk edirlər".
Modern.az