Modern.az

Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı - RƏQƏMLƏR

Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı - RƏQƏMLƏR

İqtisadiyyat

29 Oktyabr 2014, 14:43


Emənistanın 2015-ci il üzrə “Dövlət büdcəsi haqqında qanun layihəsi” ölkə parlamentində müzakirəyə çıxarılb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, büdcə layihəsindən danışan baş nazir Ovik Abramyan Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin – 1 trilyon 184,5 milyard dram (2 milyard 890 milyon dollar), xərclərinin isə 1 trilyon 298,6 milyard dram (3 milyard 169 milyon dollar) olacağını bildirib. Büdcə kəsirinin 278,5 milyon dollar olduğunu bildirən Abramyan hökumətin qarşıdakı illərdə bunun öhdəsindən gəlməyə çalışacağını bildirib. 

“Bizim sehirli çubuğumuz yoxdur ki, bir gündə ötən illərdən qalan problemləri həll edək”-deyə Abranyan deputatların büdcə kəsirinin çoxluğu ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

Ermənistan baş naziri büdcə layihəsində qondarma “Dağlıq Qarabağ Respublikası”na da 2015-ci ildə “101 milyon dollarlıq dövlətlərarası kredit” ayrılacağını vurğulayıb.

Ümumiyyətlə, Ermənistanın 2015-ci il büdcəsinin 24,1%-i ölkənin milli təhlükəsizlik sahəsinə - orduya və hüquq-mühafizə orqanlarına, 47,9%-i isə sosial-mədəni sahəyə (səhiyyə, təhsil, sosial müdafiə və s.) yönəldiləcək. Xatırladaq ki, Ermənistan büdcəsinin kəsiri (defisiti) Ümum Daxili Məhsul həcminin 2,3%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.  Gələn ilin büdcə kəsiri -1.662 milyon manat proqnozlaşdırılıb.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...