Modern.az

“Ded Xasan”ın varisi həbsxandan çıxdı

“Ded Xasan”ın varisi həbsxandan çıxdı

29 Oktyabr 2014, 17:34


2013-cü ildə muzdlu qatil tərəfindən öldürülən “rus mafiyası”nın ən nüfuzlu nümayəndəsi, “qanunda oğru”, “Ded Xasan” ləqəbli Aslan Usoyanın varisi Zaxari Kalaşov İspaniyadakı cəzaçəkmə müəssisəsindən azad olunub. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, cinayət aləmində daha çox “Şako Molodoy” ləqəbi ilə tanınan Kalaşov azad olunduğu gün təyyarə ilə Moskva şəhərinə gəlib. Aeroportda rus polisi tərəindən saxlanılan Kalaşov şöbədə davam edən bir neçə saatlıq söhbətdən sonra azad olunub. 1
953-cü ildə Tbilsidə yezdi kürdlərinin ailəsində anadan olan Zaxari Kalaşov Aslan Usoyanın ölümündən sonra Rusiya cinayət aləminə hökm edəcək əsas namizəd sayılır.

Xatırladaq ki, Zaxari Kalaşov 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs olunuaraq İspaniyaya ekstradisiya edilmişdi. İspaniyada o, “çirkli pulların yuyulması”və “mütəşəkkil cinayətkar dəstə yaratma” maddələri ilə mühakimə olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi