Modern.az

Dörd arvaddan 32 uşağı var, amma onların sayını 50-yə çatdıracaq - FOTOLAR

Dörd arvaddan 32 uşağı var, amma onların sayını 50-yə çatdıracaq - FOTOLAR

30 Oktyabr 2014, 16:52

Reyhanlı mahalında 4 həyat yoldaşı, 32 uşağı olan 54 yaşındakı Xalid Təkin uşaqların sayını 50-yə çatdırmaq istədiyini söyləyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk dəfə 1982-ci ildə 15 yaşlı qızla evlənən, indi 47 yaşındakı Nihal Təkinlə yaşayan Xalid Təkin daha sonraları indi 41 yaşında olan Gül Çaşar və Zekiye Koğu, ardından da indi 54 yaşında olan Fatma Budaqla nikahsız yaşamağa başlayıb.
Uşaqlarından biri 6 ay əvvəl ölən Xalid Təkin ilk həyat yoldaşı Nihalın oktyabrın 27-də doğması ilə 32-ci uşağa sahib olub. Ailənin yeni üzvünə Əhməd adını verən Xalid Təkin deyib: “Uşaqlarımdan biri 6 ay əvvəl öldü, hələ də 12-si oğlan olan 32 uşağım var. Onları çox sevirəm. Sağlamlığım əl versə, Allah qismət etsə, uşaq sayını 50-yə çıxarmaq istəyirəm”.

İlk arvadı Nihaldan 5, ikinci arvadı Güldən 14, üçüncü Ağıllıyadan 5 və dördüncü Fatmadan 8 uşağı olan Xalid Təkin həyat yoldaşları arasında hər hansı bir problemin yaşanmadığını və hər birisi üçün ayrı ev tutduğunu söyləyib. 5 uşağının evləndiyini və bunlardan da 18 nəvə sahibi olduğunu vurğulayan Təkin deyib:
“Yerli tədbirlərdə mahnı oxuyaraq pul qazanıram. Həyat yoldaşlarım, uşaqlarım, gəlinlərim və nəvələrimlə birlikdə cəmi 60 nəfərlik bir ailəyik. Bir evə sığmadığımız üçün hər ailə ayrı bir evdə yaşayır. Hamımız gül kimi dolanırıq. Uşaqlarımın adlarını əzbərdən bilirəm, hamısını çox sevirəm. Onlarla birlikdə olmaqdan xoşbəxtlik duyuram. Hər fürsətdə uşaqlarımla birlikdə oluram”.










Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi