Modern.az

Liderlərin sevgi hekayələri: Generalın və baş nazirin qızına eşq élan edən Atatürk

Liderlərin sevgi hekayələri: Generalın və baş nazirin qızına eşq élan edən Atatürk

31 Oktyabr 2014, 10:34


Modern.az
saytı “Liderlərin sevgi hekayələri” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə haqqında və sevgi hekayələtindən danışacağımız şəxs Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür. Atatürkün sevgi dolu həyatı əsasən Bolqarıstanda hərbçi kimi çalışarkən yaşanıb. Onu da qeyd edək ki, gələcək lider bir hərbçi kimi 1905-18-ci illərdə Avropa və Asiyanın müxtəlif şəhərlərində xidmət edib.

Türk dünyasının əbədi liderinin ilk gənclik sevgisi Xədicə adlı bir xanıma aid olub. Deyilənə görə, nə qədər keşməkeşli bir həyat yaşasa da, Xədicə ilə ömrünün sonuna qədər yaxın dost olaraq qalır. Amma bu o demək deyil ki, Xədicə onun uğurlu sevgisi olmuşdu. Əksinə, o, ilk uğursuz sevgi kimi Atatürkün həyatına daxil olub. Onu sevərkən Mustafa Kamal hələ gənc bir hərbçi idi. Xədicənin oxuduğu tarix kitabının arasına qərənfil gülü qoymaqla sevgisini ona bildirib. Gənc oğlanın anası Zibeydə xanım Xədicəni anasından istəsə də, iki dəfə əliboş geri dönür. Qızın anası Mustafa Kamalın hərbi həyatını əsas gətirərək, qızını ona vermir.

Gənc Mustafa Kamalın həyatına daha sonra bir çox xanımlar daxil olur. Onlardan biri Selanik  Mərkəzi komandanı Şövqi paşanın qızı Əminə idi. Əminə ilə te-tez olmasa da, ara-sıra görüşürdülər. Ancaq Atatürkün Selanikdəki qəhvə məkanlarının birində gördüyü rumun qızı Faniyə olan məhəbbəti Əminə ilə münasibətinin üstündə xətt çəkir.

Mara Dimitrina.... Bu ad bir bolqar qızının adıdır. Atası da elə-belə adam deyildi. Bolqar ordusunun generalı idi. Amma o zaman Mustafa Kamal da bir zabit kimi şücaət göstərmişdi. Belə ki, o, Sofiyada general qızına evlilik təklif edir. Amma general bu xəbəri eşidərkən qızının yerinə Mustafa Kamala belə cavab verir: “Qızımı bir türkə verincə, öz başımı qopararam”.

Təbii ki, general sonradan başını qoparmalı olmadı. Amma bu hadisənin  üstündən xeyli vaxt keçəndən sonra yəni, 1925-ci ilıdə Türkiyəyə qonaq gələn Mara bir ay Atatürkün qonağı oldu.

Nikolina Radoslavof... Bu da bolqar qızı olub. Özü də bu xanım generalın yox, hətta baş nazirin qızı idi. Uzun boylu, qumral gözlü bu xanımla Mustafa Kamalın eşq hekayələri haqqında o qədər də geniş məlumat yoxdur. Amma onların tez-tez görüşdükləri deyilir.

Yelena Akçov... Yenə bolqar qızı... Mustafa Kamalın zövqünə deyəsən ən uyğun gələnləri elə bolqar xanımlar olub. O, bolqar millət vəkillərindən birinin qızı olan Yelena ilə tez-tez Bolqarıstanın ayrı-ayrı məkanlarında görüşərmişlər.

Hilda Kristianis də Mustafa Kamalın Bolqarıstan xatirələrindən bir yarpaq olub. Mustafa Kamal 1905-1918-ci illərdə ayrı-ayrı ölkələrdə, o cümlədən Bolqarıstanda hərbçi kimi çalışarkən sevdiyi xanımlardan biri Hilda idi.

Madmuazel Edis və Madam Korin. Bunlar iki bacı olub. Atatürk Türkiyəyə qayıdandan sonra da onlara tez-tez məktublar göndərərmiş. Amma sonradan Madmuazel Edisin qızı Melda  Atatürkün onun anası ilə deyil, xalası Korin ilə sevgi yaşadığını  qeyd edirdi.

Madam Baur... Bu xanım Atatürkün gənclik deyil, orta və xeyli ömür sürmüş dövrünə təsadüf edir. Əslində onunla münasibəti bir  hadisə labüdləşdirmişdi. Belə ki, Atatürk həyat yoldaşı Lətifə xanımdan ayrıldıqdan sonra yaxınları Çankaya mülkündə mütləq bir xanımın varlığını ona bildirirdilər. O, madam Baurla 10 ay bərabər qalır.

Fikriyyə xanım isə Atatürkün həyatındakı  ən duyğulu eşq hekayəsi olub. Fikriyyə Mustafa Kamalı hələ gənc yaşından tanıyırdı və ona aşiq idi. Sonradan səhhətinə görə elə Kamalın özü onu Münhenə göndərir. Ciyərlərində problem olan Fikriyyə xanım Mustafa Kamalın  Lətifə xanımla evlənməsini eşidib geri dönür. Amma Lətifə xanım onu Atatürkün iqamətgahı olan Çankaya mülkünə buraxmır. Yavərinə əmr edərək onu çölə çıxartdırır.  Tam dəqiq olmasa da,  Fikriyyə xanımın elə Çanqayanın qabağında intihar etdiyi yazılır.



Nəhayət növbə gəldi, yuxarıda adını yazdığımız və Fikriyyə xanıma yazığınız gəldiyi qədər də ona əsəbiləşdiyiniz Lətifə xanıma. Lətifə xanım Atatürkün həyatında evləndiyi və rəsmi nikahda yaşadığı yeganə qadın olub.
Yüksək savada malik olan olan Lətifə xanım İstanbuldakı Amerika kollecinin və Parisin Sorbon Universietetinin məzunu idi. Onlar 1923-cü ilin 25 yanvarında evlənir, 1925-ci ildə isə ayrılırlar. Lətifə İzmirin adlı sanlı ailələrindən birinin qızı idi. Lətifə xanım 1975-ci ildə İstanbulda 76 yaşında vəfat edib.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi