Böyük Britaniya və İran vətəndaşı olan Qönçə Qəvami kişi voleybol komandalarının oyununa getdiyinə görə məzəmmət olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vəkilinin sözlərinə görə, qadına hakim rejim əleyhinə təbliğat aparmaqla bağlı rəsmi ittiham irəli sürülüb: “Bu gün məhkəmənin sədri mənə ittiham aktını göstərib və həmin ittihama görə müştərimi bir il həbs cəzası gözləyir”.
Qəvami qadın hüquqları uğrunda mübarizə aparan digər fəallarla birgə İtaliya və İranın kişi voleybol kopmandalarının Tehrandakı stadionda keçirilən oyununa getməyə cəhd edərkən saxlanılıb. İranda kişilərin iştirakı ilə keçirilən tədbirlərə qadınların getməsi qadağandır, ancaq bu cür yarışlara televiziyada baxmaq olar.
Modern.az