Ukraynanın Luqansk və Donetsk vilayətlərində qondarma respublika elan edən Rusiya yönlü separatçılar bu gün deputat seçkiləri keçirirlər. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-dək davam edəcək səsvermə zamanı “Donetsk Xalq Respublikası”ında yaşı 16-ya, “Luqansk Xalq Respublikası”ında isə yaşı 18-yə çatanlar səs vermək hüququna malikdir. Donetsk vilayətində ümumilikdə 3,2 milyon, Luqanskda isə 1 milyon nəfərin səsvermə hüququ var. “DXP”də seçkilərdə səsvermə 364 seçki məntəqəsində keçirilir, daha 3 məntəqə isə Rusiya ərazisində - Voronej, Rostov və Belqorod vilayətlərindəki qaçqın düşərgələrində açılıb. “LXP” də isə 102 səsvermə məntəqəsi açılıb. Daha 3 məntəqə isə Rusiya ərazisindəki qaçqın düşərgələrindədir.
Modern.az