Modern.az

Tanınmış italiyalı baş məşqçilik karyerasını başa vurur

Tanınmış italiyalı baş məşqçilik karyerasını başa vurur

3 Noyabr 2014, 16:55


Həm Çempionlar liqası, həm də Dünya Kubokunu qazanan ilk texniki direktor olan Marçello Lippi karyerasını başa vurur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya milli komandasını 2006-cı ildə dünya kubokunda çempionluğa daşıyan 66 yaşındakı məşqçi 3 mövsümdür “Guangzhou Evergrande” komandasının dalbadal 3 dəfə liqa çempionu olmasının ardından verdiyi açıqlamada deyib: “Artıq heç bir komanda çalışdırmaq istəmirəm. Mən yaşlı biriyəm. “Guangzhou Evergrande”nin gələcək mövsüm yeni bir baş məşqçisi olacaq”.

  İtaliyanın “La Gazzetta dello Sport” qəzetində yayılan xəbərə görə, keçən il Çin klubuna tarixindəki ilk AFC (Asiya Futbol Konfederasiyası) Çempionlar liqasını qazandıran Lippi baş məşqçiliyi buraxacaq, ancaq “Guangzhou Evergrande”nin texniki-administrativ işlər və oyunçu izləmə komitəsində vəzifə alacaq. Digər məlumata görə, “Guangzhou Evergrande”yə gələcək mövsüm Lippinin keçmiş şagirdlərindən Fabio Kannavaro baş məşqçilik edə bilər.  

Karyerası müvəffəqiyyətlərlə zəngin olan Lippi “Yuventus”la 5 dəfə İtaliya çempionu olub. 1995-1996 mövsümündə bu komanda ilə Çempionlar Liqasını, 2006-cı ildə isə İtaliya millisi ilə dünya kubokunu qazanan Lippi həm Çempionlar Liqası, həm də dünya kubokunu qazanan ilk baş məşqçi olub. Lippidən sonra ispaniyalı həmkarı Visente del Bosqe də “Real” və İspaniya milli komandası ilə iki kuboku birdən qazanmağın sevincini yaşayıb.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi