Modern.az

Hökumət KİV Fondunun pulunu artırdı

Hökumət KİV Fondunun pulunu artırdı

4 Noyabr 2014, 11:18

Modern.az saytı Azərbaycan Respublikasinın 2015-ci il üçün dövlət büdcəsi layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.

Məlum olub ki, 2014-cü ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə  Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 12 min 800 manat vəsait ayrılması nəzərdə tutulub.

Müqayisə üçün bildirək ki, 2014-cü ilin büdcəsində 3 milyon 906 min 832 manat vəsait nəzərdə tutulmuşdu.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu