Modern.az

Vitse-spikerdən Suriya ermənilərinə etiraz - BU, QANUNSUZLUQDU

Vitse-spikerdən Suriya ermənilərinə etiraz - BU, QANUNSUZLUQDU

Parlament

4 Noyabr 2014, 11:25

“Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistan hakimiyyətinin apardığı süni məskunlaşdırma ilə bağlı məsələni ATƏT rəhbərliyinə biz çatdırırıq. Biz həmişə istəyirik ki, bu qanunsuz məskunlaşdırma ilə bağlı məsələlər daim ATƏT-in iş gündəliyinin qrafikinə daxil olsun”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O, Dağlıq Qarabağ və ona bitişik rayonlara Suriya ermənilərinin süni şəkildə məskunlaşdırılmasına münasibət bildirərkən qeyd edib ki, ATƏT PA-nın Cenevrə sessiyasında da bu məsələ gündəmə gətirilib.

Vitse-spikerin sözlərinə görə, məsələ ATƏT PA-nın növbəti sessiyalarında da Azərbaycan tərəfindən gündəmə gətiriləcək. “Bu məsələ həmişə bizim diqqətimizdə olub. ATƏT PA-nın yeni iclaslarında məsələni gündəmə gətirəcəyik”,-deyə Bahar Muradova bildirib.

Qeyd edək ki, süni məskunlaşdırma ilə bağlı ATƏT-in faktaraşdırıcı missiyası bölgədə monitorinqlər aparır.

Ermənistan hakimiyyəti və ondan asılı olan Dağlıq Qarabağ separatçıları isə Azərbaycan torpaqlarında qanunsuz süni məskunlaşdırma aparmaqda davam etdirir.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama