Modern.az

Aldığı krediti qaytara bilməyən azərbaycanlılar - Statistika Komitəsi belə kreditlərin həcmini açıqladı

Aldığı krediti qaytara bilməyən azərbaycanlılar - Statistika Komitəsi belə kreditlərin həcmini açıqladı

İqtisadiyyat

4 Noyabr 2014, 13:09


“Bu il Azərbaycan bankları tərəfindən müştərilərə verilən kreditlərin 79,3 faizi uzunmüddətli olub. Bu kreditlərin 5,4 faizini ödənilmə vaxtı keçib”.

Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2014-cü il sentyabrın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən 17,3 milyard manat həcmində kreditlər verilib:

“Qüvvədə olan kreditlərin 34,5 faizi dövlət, 62,6 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də daxil olmaqla ev təsərrüfatları sektoruna verilən kreditlərin kredit qoyuluşlarının ümumi həcmində xüsusi çəkisi 41 faiz təşkil edib”.

İqtisadiyyata kredit qoyuluşu     

 

2014-ci il sentyabrın 1-i vəziyyətinə,
milyon manat

Kredit qoyuluşları – cəmi

17308,9

o cümlədən:

 

- qısamüddətli

3586,3

- uzunmüddətli

13722,6

Ödənilmə vaxtı keçmiş kreditlər

938,8

Kreditlərin ümumi həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi, %-lə

 

5,4

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...