Modern.az

Afaq Məsud jurnalistlərlə görüşəcək

Afaq Məsud jurnalistlərlə görüşəcək

4 Noyabr 2014, 15:05


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi tərəfindən 5 noyabr, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində bu vaxta qədər olan, həmçinin, gələcək fəaliyyətlə bağlı mətbuat konfransı keçiriləcək. Bu barədə Modern.az-a Mərkəzdən məlumat verilib.

Konfransda media nümayəndələrinə Mərkəzin qarşıda duran vəzifələri, ölkədə tərcümə sahəsinin vəziyyəti, mövcud problemləri və onların həlli yolları  ilə əlaqədar görülən işlər barədə məlumat veriləcək.

Tədbirdə Mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları olacaq.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI