Modern.az

Putin dünyanın ən nüfuzlu adamı seçildi - İlk “onluğun” SİYAHISI

Putin dünyanın ən nüfuzlu adamı seçildi - İlk “onluğun” SİYAHISI

5 Noyabr 2014, 18:41

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu 100 adamından ibarət illik reytinq cədvəlini açıqlayıb. Modern.az saytı xəbər verir ki, jurnalın bu ilki reytinqinə 2013-cü ildə olduğu kimi, yenə də Rusiya prezidenti Vadimir Putin başçılıq edir.

Jurnal ən nüfuzlu insanların siyahısında ABŞ prezidenti Barak Obamanı 2-ci, Çin Xalq Respublikasının sədri Si Çzinpini isə 3-cü pillədə yerləşdirib.

“Forbes” jurnalı Vladimir Putini “Rus hökmdarı” adlandıraraq, onun Krımı ölkəsinə birləşdirməsini, Ukrayna ilə qısamüddətli müharibəni və Çinlə 70 milyard dollarlıq qaz sazişi imzalanmasını onun “2014-cü ilin adamı” elan etməyə əsas verdiyini yazıb.

Siyahıda Roma Papası I Fransisk 4-cü, Almaniya kansleri Angela Merkel 5-ci, Amerika Federal Rezerv Bankının rəhbəri Canet Yellen 6-cı, dünyanın ən zəngin insanı Bill Geyts 7-ci, Avropa Mərkəzi Bankının sədri Mario Draqi 8-ci, “Google”un yaradıcıları Larri Peys və Sergey Brin 9-cü və Böyük Britaniyanın baş naziri Devid Kemeron isə 10-cu pillədə qərarlaşıb. 

Facebook-un yaradıcısı Mark Zukerberq isə dünaynın ən nüfuzlu 11-ci adamı seçilib.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi