Türkiyənin babalarımızın və xalqımızın adına yazılan “erməni soyqırımı”nı tanıması mümkün deyil. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının iclasında deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri 1915-ci il hadisələrinə toxunaraq qeyd edib: “Biz hər dəfə bunu deyirik, bunu bizim babalarımızın və xalqımızın adına yazmaq istəyirlər”.