Modern.az

Azərbaycanda tələbələr hansı universitetlərə köçürülmək istəyirlər? - SİYAHI

Azərbaycanda tələbələr hansı universitetlərə köçürülmək istəyirlər? - SİYAHI

7 Noyabr 2014, 16:20


Azərbaycanda  tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsinə,  yaxud ixtisas dəyişdirilməsi ilə bağlı məsələyə Təhsil Nazirliyi aydınlıq gətirib.

Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil nazirinin 2014-cü il fevralın 14-də imzaladığı 194 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar” təsdiq olunub.

Bu qaydalara görə, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bundan başqa, nazirliyin tabeliyində olan dövlət ali təhsil müəssisəsinə tələbənin köçürülməsi müvafiq ali təhsil müəssisəsinin vəsatəti əsasında, onun tabe olduğu dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətilləri dövründə həyata keçirilir.

Nazirlikdən bildirilib ki, ən çox tələbə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinə köçürülmə ilə bağlı müraciət edib. 

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi