Modern.az

Polis oteldə adamyeyəni öldürdü

Polis oteldə adamyeyəni öldürdü

7 Noyabr 2014, 16:29

Böyük Britaniyada polis oteldə bir qadına hücum edən adamyeyəni öldürüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, manyak qurbanının üzünün bir hissəsini və göz almacıqlarını yeyib. Qadın aldığı xəsarətlərdən keçinib. Bu şok hadisə Cənubi Uelsdəki otellərdən birində baş verib. Polisə 34 yaşlı Metyu Uilyamsın 22 yaşlı qıza hücum edərək, onu qaldığı otağa aparması haqda məlumat verilib. Kişi heç kəsi otağa buraxmadığından polislər qapını qırıblar. Adamyeyəni zərərsizləşdirmək üçün polislər elektroşokdan istifadə ediblər. Onlar otağa girəndə dəhşətə gəliblər. Manyak özünə gəlmədən ölüb. Bir qədər sonra məlum olub ki, cinayətkar kriminal aləmdə Fifi ləqəbi ilə kifayət qədər tanınıb. Öz dostunu öldürdüyü səbəbindən həbs olunan manyakın yaxınlarda həbsxanadan çıxdığı bildirilib.



Modern.az
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi