Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Lütfi Əlvan Ermenekdəki mədən qəzasında zərər görən 18 mədənçinin və onların yaxınlarının cib telefonu operatorları və Türk Telekoma olan borclarının silinəcəyini açıqlayıb.
Modern.az Türkiyə mətbautına istinadən xəbər verir ki, nazir bundan başqa Turkcell, Vodafone, Avea və Türk Azercellin qəza bölgəsindəki bütün müştərilərinin borclarını ödəmək üçün ayrıca 1 ay möhlət verildiyini də söyləyib.Operatorlar və Türk Telekom bu müddət ərzində borcdan ötəri xətt bağlama əməliyyatı da etməyəcək.
Gülşən RAUFQIZI