Modern.az

Sən də könüllü ol!

Sən də könüllü ol!

Qarabağ

9 Avqust 2010, 13:47

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” layihəsi çərçivəsində “Sən də könüllü  ol!” maarifləndirici aksiya həyata keçirir.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, əsasən region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən aksiya gənclər arasında sosial sahələrdə könüllülük işinə maraq oyatmağı nəzərdə tutur.
Mərkəzin direktor müavini Elnur Axundov aksiyanın keçirilməsi zərurəti haqqında məlumat verərək bildirib ki, bu gün gənclər müəyyən vaxt çərçivəsində könüllülük prinsipi əsasında işləyib, təcrübə qazanmağa meylli deyillər. Onlar təcrübə tələb etməyən və yaxşı məvacib verə biləcək iş axtarırlar. Bu baxımdan biz belə bir maarifləndirici aksiya keçirməklə gəncləri könüllü olaraq müxtəlif ictimai işlərdə çalışmağa səsləyirik. Çünki bu gün bizim yüzlərlə əlil gəncimizin, ahıl və kimsəsiz insanlarımızın, qaçqın və məcburi köçkünlərimizin sosial ehtiyaclarını qarşılamaq və ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələrdə könüllü əməyinə ciddi ehtiyac var.

Bakı şəhəri və Aran rayonlarında keçirilən aksiya çərçivəsində ictimai yerlərdə gənclərə müxtəlif maarifləndirici vəsaitlər paylanır, onlarla fərdi söhbətlər aparılır və nümunə olaraq könüllü fəaliyyətlər göstərilir.

Aksiya sosial şəbəkələrdə də yaxın günlərdə davam etdiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama