Modern.az

İŞİD liderinin ölüm xəbəri yayıldı

İŞİD liderinin ölüm xəbəri yayıldı

10 Noyabr 2014, 03:31


“İraq Şam İslam Dövləti”nin ( İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-ın hücumu nəticəsində ağır yaralandığı və bir neçə saat içində öldüyü iddia edilir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İŞİD-in sözçüsü isə Bağdadinin yaralandığını təsdiq edib.

Dünən “Reuters” agentliyinin İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ağır yaralanması ilə bağlı yaydığı xəbərin ardından bu gün bölgədəki mənbələrdən gələn xəbərdə təşkilat liderinin İraq-Suriya sərhədindəki Əl-Əli deyilən ərazidəki binada olarkən ABŞ tərəfindən hücum edildiyi, hücumda ağır yaralanan Bağdadinin bir neçə saat sonra həyatını itirdiyi bildirilir. Xəbəri yayan mənbə Bağdadinin iştirak etdiyi məclisə daxil olan bir casusun bina koordinatlarını paylaşdığı və təcavüzün bu şəkildə baş verdiyini bildirib. Ancaq bu iddialar hələ təsdiq edilməyib.

Digər tərəfdən, İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnani Twitter hesabından verdiyi açıqlamada Bağdadinin yaralandığını bildirərkən məsələ ilə bağlı ətraflı məlumat verməyib.
“Yoxsa xəlifənin ölməsi ilə xilafətin fəaliyyətinə son qoyulacağını güman edirsiniz”, - yazan Adnani Bağdadinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edib.

İddia ilə bağlı müstəqil mənbələrdən açıqlama verilməyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi