Rəşad MƏCİD "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
Səni ən çətin günlərimdə qorudum, beynimə həkk edib ürəyimə sarıdım. Mahnımda, nəğməmdə gizlədim. Aya baxıb xatırladım, ulduzunu sevdim. Üç rənginə öyrəndim, hər üzünü sevdim. Hücumdan, həmlədən qorudum, küləkdən, tufandan keçirdim, Bir gün qaldırdım başımın üstünə, Saxladım, əymədim. Zaval yox indən belə, başımın üstündən qoymaram yerə. Sənə təşnəyəm, acam - əlim-qolum yorulsa, dişimlə saxlayacam. Gücü çatmaz daha nəsə tərpədə, kimsə əyə... Dalğalan, əs, açıl yelkən kimi gedək gələcəyə!