Modern.az

Bəhram Bağırzadə ermənilərin “KVN” təxribatına qarşı çıxdı

Bəhram Bağırzadə ermənilərin “KVN” təxribatına qarşı çıxdı

10 Noyabr 2014, 08:15

 

 

2015-ci ilin yanvarın 12-dən 25-dək Soçidə keçiriləcək KVN (Şən və Hazırcavablar Klubu (ŞHK))  komandalarının “KİVİN 2015” beynəlxalq festivalına Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” separatçı rejiminin də dəvət olunması cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Uzun illər KVN komandasında çıxış edən Bəhram Bağırzadə də Modern.az-a açıqlamasında bununla bağlı narazılığını dilə gətirib: “Ermənilərin Soçidə keçiriləcək yarışlarda ayrıca KVN komandası, bir dövlət kimi çıxış etməsinə etiraz dövlət səviyyəsində edilməlidir. Buna cavabdeh strukturlar, o cümlədən Xarici işlər Nazirliyi münasibət bildirməlidir. Və eyni zamanda buna qarşı addım atılmaldır”. 14 ildir KVN komandasından ayrıldğını deyən B. Bağırzadə Soçi yarışlarında Azərbaycan komandasının iştirak edib-etməyəcəyindən xəbərsiz olduğunu vurğulayıb.

 Qeyd edək ki, Beynəlxalq KVN İttifaqının rəsmi saytında “Dağlıq Qarabağ” ayrıca komanda şəklində festivalda iştirak etmək üçün qeydiyyatdan keçirib. Beynəlxalq KVN İttifaqının prezidenti Aleksandr Maslyakov da bunu özündə ehtiva edən sənədi imzalayıb, Dağlıq Qarabağ separatçılarına dəvət üçün məktubla müraciət edib.

Gülşən RAUFQIZI    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI