Modern.az

Atatürkün vəfatının ildönümü Ərdoğan üçün xoş olmadı

Atatürkün vəfatının ildönümü Ərdoğan üçün xoş olmadı

10 Noyabr 2014, 13:03


Bu gün Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün vəfatının 76-cı ildönümü səbəbiylə keçirilən mərasimə gələn insanlar prezident Rəcəb Tayyib Ərdoğana qarşı aksiya keçirib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sayğı duruşundan sonra pilləkənlərdən enən Ərdoğan vətəndaşların “Biz Atatürkün əsgərləriyik” şüarı  ilə qarşılaşıb. Prezident bu mənzərəyə baxmaqla kifayətlənib.

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk, əbədiyyətə qovuşmasının 76-cı ildönümü Anıtqəbirdə təşkil edilən dövlət mərasimiylə xatırlanıb. Prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və CHP başqanı Kamal Kılıçdaroğlu, Anıtqəbirdəki mərasimdə iştirak edib.

   

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər