Modern.az

İranın dini liderinin İsraili yox etmək planı

İranın dini liderinin İsraili yox etmək planı

10 Noyabr 2014, 21:34



İranın dini lideri Ayətullah Əli Xamneyi şəxsi Twitter səhifəsindən “İsraili yox etmək planı”nı yayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "İsrail niyə və necə məhv edilməli" başlığı altında müxtəlif sualları və cavabları bölüşən Xamenei qeyd edib:

"İsrailin yox edilməsi, bölgədəki yəhudilərin qırılması anlamına gəlmir”.

“İndependent”ın xəbərinə görə, dini lider, "Sionist rejim niyə yox edilməlidir" sualına belə cavab verir: "66 illik həyatı boyu, saxta sionist rejim, çəkinmədən bununla fəxr edərək, hədəflərini körpə qətli, qətl, zorakılıq və dəmir yumruqla həyata keçirməyə çalışıb".

Xameneyinin yazısında "Müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla Fələstinin bütün özünəməxsus insanlarının səs verəcəyi" referendum təklif edilir.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi