Modern.az

Sıravi metallurqdan Baş katibliyə gedən yol - Brejnev FOTOLARDA

Sıravi metallurqdan Baş katibliyə gedən yol - Brejnev FOTOLARDA

10 Noyabr 2014, 22:07

10 noyabr Leonid İliç Brejnevin vəfat etdiyi gündür. 32 il öncə, 1982-ci ildə 18 il Sov.İKP MK-nın Baş katibi kürsüsünə sahiblik edən Leonid İliç elə vəzifə başında həyatla vidalaşıb. SSRİ rəhbərləri arasında Brejnev öz siyasi fəaliyyəti, davranışı, xalqla münasibəti, bir az baməzəliyi, bir az ciddiyyəti və nəhayət durğunluq illərinin müəllifi kimi yadda qalıb.

Leonid İliç öpüşləri, qadınlara münasibəri, avtomobillərə həvəsi, mükafatlara ehtirası, ov şakəri, məclis adamı kimi sovet insanlarının yaddaşında iz buraxıb. Sıravi metallurqdan Baş katib vəsifəsinə qədər yol keçmiş Brejnev bütün məziyyətlərinə, xarakterinə baxmayaraq sovet liderlərindən biri kimi tarixə düşüb.

Modern.az saytı tarixin və zamanın Leonid İliç Brejnevlə fotolarını təqdim edir.


1933-cü ildə Leonid İliç Dneprodzerjiniskdə metallurgiya fəhlə fakültəsinin axşam şöbəsinin direktoru vəzifəsində çalışanda yəqin ağlına belə gətirməyib ki, rəhbərlik bacarığı onu hələ çox uzaqlara aparacaq.


Leonid İliç və Viktoriya Brejneva tələbə yataqxanasının rəqs meydançasında tanış olublar. Bu tanışlıq sonradan rəsmiləşərək nikahla nəticələnib.


1943-cü ildə Brejnev artıq polkovnik rütbəsində 18-ci ordunun siyasi şöbəsinə rəhbərlik edib.


Vəzifə pillələrində sürətlə və maneəsiz irəliləyən Brejnev artıq 1950-ci ildə Moldaviya KP MK-nın birinci katibi vəzifəsində siyasi mövqelərini möhkəmləndirib.


Kremlim Qurultaylar sarayı-sürəkli alqışlar və inamlı addımlar.


Amerika prezidenti Nikson və Brejnev. Leonid İliçin inandırmaq, sovet ideologiyasını yeritmək məharəti.


Brejnev və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev. Leonid İliçin Baş katib kimi həmişə hörmətlə tutduğu Azərbaycana səfəri.


Aclıq olsun, kef olsun. Piştaxtalar boş olsa da hətta Baş katibin rəqs etməyə bəhanəsi var.


Uzun-uzadı mürgü gətirən partiya mərizələri Leonid İliçin boğazını qurudur.


Çənə və protez problemləri Leonid İliçi ömrünün son günlərinədək narahat edib.


Mavzoley tribunasının 18 illik mütləq hakimi Leonid İliç Brejnev.


Ümumdünya Qadınlar Konqresində qadın gözəllikləri arasında Leonid İliç təəcübünü gizlədə bilməyib.


Leonid İliç Brejnev və Fidel Kastro. Səyyar mətbuat konfransı.


Artek Beynəlxalq Uşaq düşərgəsində pionerlər sevimli Lyona babaları ilə.


Xoş ovqatın, gözəl əhvalın, səmimiyyətin Baş katibin simasında cəmləşdiyi məqam.


Ehtiraslı baxışları gizlətməyin mümkün olmadığı an.


Sosializm tüstüsü ilə kommunizm dəmi.


Leonid İliç bu günkü dövrümüzdə yaşasaydı “avtoş”ların ən çox sevdiyi siyasi lider olardı.


Brejnev erası-öpüşlərin siyasiləşdiyi dövr.


Zamanının söz sahibi.


1982-ci il, 7 noyabr. Üç gündən sonra sovet xalqı Leonid İliçi son mənzilə yola salacaqdı.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI