“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti “Təhsilin inkişafı” layihəsinin ilkin mərhələsini yekunlaşdırıb. Cəmiyyətin rəhbəri Vasib Sadıqovun Modern.az-a verdiyi məlumata görə, layihə çərçivəsində Sahil qəsəbəsində yaşayan aztəminatlı ailələrdən olan 11-ci sinif şagirdləri və 11-ci sinfi bitirmiş məzunlara ali məktəblərə yüksək səviyyədə hazırlaşmaq üçün pulsuz hazırlıq kursları təşkil olunub. İştirakçılar Sahil qəsəbəsi sakinləri sırasından seçilib. Ümumilikdə 48 nəfər 6 ay ərzində pulsuz kurslardan yararlanıblar. Kursların təsiri ilə iştirakçılardan 23 nəfər müxtəlif ali məktəblərə müvəffəqiyyətlə qəbul imtahanı verərək tələbə adı qazanıblar.
V.Sadıqovun bildirdiyinə görə, avqustun 10-da Sahil qəsəbəsində layihənin yekunları ilə bağlı konfrans keçiriləcək. Tədbirə Təhsil Nazirliyinin, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri, habelə kurs iştirakçıları qatılacaqlar. Pulsuz təhsil kurslarına “Qaradağ-Sement” ASC maliyyə dəstəyi verib.
Modern.az