Modern.az

Putinin siyasəti oliqarxlara 50 milyard dollar ziyan vurub

Putinin siyasəti oliqarxlara 50 milyard dollar ziyan vurub

11 Noyabr 2014, 22:43

Bu ilin əvvəlindən rusiyalı oliqarxlar öz prezidentləri Vladimir Putinin “böyük dövlətçilik” siyasətindən 50 milyard dollara qədər ziyana düşüblər. Modern.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinin icmalçıları Anya Ettel və Holqer Tsşepits yazıblar. Onların iddiasına görə, bu, Bolqarıstanın ümumi daxili məhsulu qədərdir.

Yazıda qeyd olunur ki, daha çox itki ilə Rusiyanın ən varlı adamlarından biri hesab olunanYevgeni Yevtuşenkonun “Sistema” investisiya holdinqi üzləşib. Holdinqin imkanları təxminən üçdə iki qədər azalıb və indi 2,7 milyard dollara yaxındır. Rusiya prezidentinin vəkil edilmiş şəxslərindən sayılan Gennadi Timçenkonun itkiləri də ciddi həddə olub. İlin əvvəlində ABŞ-ın sanksiya siyahısına düşən multimilyonçu varidatının 36 faizini itirib, indi onun 7,1 milyard dolları var.

Rusiyanın ən böyük oliqarxı Əlişir Usmanov da itikisiz ötüşməyib. O, 15,3 milyard dollarlıq varidatının 25 faizini itirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi