Modern.az

Bu rayonlarda mavi yanacaq kəsiləcək - SİYAHI

Bu rayonlarda mavi yanacaq kəsiləcək - SİYAHI

İqtisadiyyat

12 Noyabr 2014, 11:45

“Azəriqaz” bəzi rayonlarda qaz təminatının kəsiləcəyini bəyan edib. Qurum bildirib ki, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Cəlilabad rayonunun bir hissəsinə, saat 14:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 15:00-dək Sabirabad, Hacıqabul, Nərimanov, Xətai və Kürdəmir rayonlarının bir hissəsinə, saat  14:00-dan 18:00-dək Masallı rayonunun bir hissəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Xaçmaz, Tovuz, Qobustan və İsmayıllı rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ, Xəzər və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...