Modern.az

İŞİD-in yeni lideri Səddam olacaq

İŞİD-in yeni lideri Səddam olacaq

12 Noyabr 2014, 12:57


“Telegraph” qəzeti terror təşkilatı olan “İraq Şam İslam Dövləti”nin (İŞİD) əl-Bağdadidən sonra yeni liderinin Səddam Camal olduğunu yazıb. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD-in lideri və xəlifə olaraq qəbul edilən Əbubəkr əl-Bağdadinin ağır yaralandığı, hətta öldüyü iddiaları ortaya atılıb. İddia hələ təsdiq edilməyib. Bu mərhələdə İŞİD-in yeni liderinin kim olacağı haqda müzakirələr də başlayıb. Yeni lider olaraq ortaya maraqlı bir iddia atılıb.

İŞİD-in yeni liderinin kim olacağı mövzusu ilə əlaqədar “Telegraph” qəzeti İŞİD-in Suriyadakı yeni komandirlərindən birinin mühafizəçiliyini etdikdən sonra bu vəzifəsindən qaçaraq ayrılan Abi Abdullah adlı adamla danışıb. Gördüklərinin İslamı yaymaq adına doğru bir yol olmadığını düşünərək təşkilatdan qaçdığını bəyan edən Abdullah reportajda bir zaman üzvü olduğu İŞİD-in yeni lideri olduğunu iddia etdiyi Səddam Camalla əlaqədar məlumatlar verib.

Abi Abdullaha görə, Səddam Camal keçmişdə bir narkotik alverçisi olub. Daha sonra Azad Suriya Ordusuna qatılıb, sonra İŞİD-ə üzv olub. Xəbərdə Səddam Camalla əlaqədar bu məlumatlar verilir: “İŞİD Camalın evini havaya uçurdu, qardaşlarından birini öldürdü. Başqa bir qardaşını da əvvəl əsir alıb sonra öldürdü. Bundan sonra Camal ortadan itdi. 2013-cü ilin  noyabrında ortaya çıxdı və İŞİD-ə beyət etdiyini açıqladı. Şaitat adlı tayfa İŞİD-ə qarşı qiyam qaldırınca buna cavab olaraq bu tayfadan 700 adamı öldürdü. Bir ana ilə atanın gözü qarşısında uşaqlarının başını kəsdi”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi