Bu gün Ermənistan parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasını nəzərə tutan qanun layihəsi ilə bağlı səsvermə keçirilib. Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, erməni deputatların əksəriyyəti səsverməni boykot edərək iclas zalından çıxıblar. Nəticədə müxalifətdəki “İrs” Partiyasının təqdim etdiyi qanunun lehinə 8, əleyhinə isə 1 deputat səs verib. Hakim Respublika Partiyasının üzvü, parlamentin xarici siyasət komitəsinin sədri Artak Zakaryan isə “DQR”in tanınması ilə bağlı sayca 4-cü qanunun rədd edildiyini bildirib.
Modern.az