Modern.az

“Əl-Qaidə”dən dünya terrorçularına TƏHLÜKƏLİ ÇAĞIRIŞ: “Bütün neft kəmərlərini partladın!”

“Əl-Qaidə”dən dünya terrorçularına TƏHLÜKƏLİ ÇAĞIRIŞ: “Bütün neft kəmərlərini partladın!”

12 Noyabr 2014, 15:57

“Əl-Qaidə”nin liderləri digər terrorçu təşkilatların yaraqlılarına dünyanın hər yerində neft kəmərlərini və neft tankerlərini partladılması üçün çağırış edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçuların fikrincə, bununla “iqtisadi müharibə” başlayacaq, enerji ehtiyatlarının dənizlə daşınmasının xərcləri artacaq.

Oktyabr ayında ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Culetta Val Noyes bəyan edib ki, ABŞ Suriya ərazisində “İslam dövləti” terror təşkilatının nəzarəti altında olan neft kəmərlərinin bombalanmasını planlaşdırır və bu yolla yaraqlıları neftdən əldə etdikləri gəlirlərdən məhrum etmək mümkün olacaq.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi