Modern.az

Bu gün dünya quyruqlu ulduzu izləyə biləcək

Bu gün dünya quyruqlu ulduzu izləyə biləcək

12 Noyabr 2014, 16:11


Bu gün elm tarixi baxımından tarixi bir gün olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Rossetta” kosmos gəmisi bu gün Azərbaycan vaxtı ilə saat 17:35-də bir quyruqlu ulduzdan ilk məlumatları yerə çatdıracaq. “Rossetta”nın dünyadan yüz milyonlarla kilometr uzaqlıqdakı bu cismə çatması 10 ildən çox bir müddət və 7 milyard kilometrdən daha uzun sürən bir səfər olaraq tarixə düşüb.

Əldə ediləcək məlumatlarla kosmosdakı dəyişikliklərin və dünyanın həyatın başladığı zaman nə halda olduğuna dair nəticələr alınacaq.

ESA (Avropa Kosmos Agentliyi) tərəfindən inşa edilən robot kosmos sondası, Günəş sistemindəki 10 illik səfərin sonunda 2014-cü i avqustun 6-da quyruqlu ulduza çatıb. O zamandan bəri “Rosetta” kosmos gəmisi quyruqlu ulduzun ətrafı və nüvəsi haqqında məlumat toplayır.

Ancaq bu gün – noyabrın 12-də “Rosetta”nın PHILA adlı vasitəsi quyruqlu ulduzun səthinə enib ərazidə işə başlayacaq, quyruqlu ulduzun səthindən görünüş alıb dünya ilə paylaşacaq, nümunə yığacaq. Elm insanlarının aya enişdən çox daha kompleks olduğunu söylədikləri bu nəfəs kəsici kosmos vəzifəsi Twitter-dən də saniyə-saniyə izlənəcək.

Bir çox televiziya kanalı və ESA TV və  www.esa.int/rosetta və www.dlr.de internet saytı də tarixi anı canlı yayımlayacaq.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi