Xəbər verildiyi kimi, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Modern.az saytı xəbər verir ki, Ordumuzun məhv etdiyi erməni vertolyotunun 3 pilotu hadisə nəticəsində ölüb. Ermənistan KİV-lərinin məlumatına görə, vertolyot tamailə yandığı üçün ölən hərbçilərin də tanınmaz hala düşdüyü güman olunur.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
***
Ermənilər bu gün məhv edilmiş erməni hərbi vertalyotunda ölən 3 hərbçidən birinin adını açıqlayıb. Modern.az xəbər verir ki. Ermənistan Müdafiə Nazirliyini mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan vertolyotun mayor Sergey Saakyan tərəfindən başçılıq edilən pilot qrupunun idarə etdiyini bildirib.
Modern.az