Modern.az

ABŞ-da erməni əsilli cinayətkar qruplşama liderinə hökm oxundu

ABŞ-da erməni əsilli cinayətkar qruplşama liderinə hökm oxundu

12 Noyabr 2014, 18:33



ABŞ-da çoxsaylı cinayətlərdə təqsirli bilinən “Erməni Gücü” (Armenian Power) küçə qruplşamasının lideri, 39 yaşlı Mqer Darbinyan məhkəmənin qərarı ilə 32 il azadlıqdan məhrum edilib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Darbinyan bank kartlarının məlumatlarını oğurlamaqda, bank fırıldaqçılığında, reketdə və digər cinayət epizodlarında təqsirkar bilinib.

Daha çox “hollivudlu Mayk” və “Kapone” ləqəbləri ilə tanınan Darbinyan 80-ci illərin sonlarında əsasən ermənilərdən təşkil olunan “Erməni gücü” qruplaşmasının əsasını qoyub.  Qruplşama 2011-ci ildə Federal Təhqiqat Bürosunun keçirdiyi xüsusi əməliyyat nəticəsində darmadağın edilib. “Erməni gücü”nün 90 üzvündən 87-si artq məhkum olunub. Qruplaşmanın daha 2 üzvü axtarışda, 1 üzvü isə bəraət qazanıb.    

Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi