Əfsanəvi futbolçu Pele Braziliyada müalicə müəssisinə gətirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun xəstəxanaya gətirilməsinin ilkin səbəbi mədəsindəki problemdir. 74 yaşlı Pele Santos haqqındakı kitabın prezentasiyasında iştirak etməyi planlaşdırırdı, ancaq Albert Eynşteyn adına klinikaya getməli olub. Braziliyalı futbolçu iki il əvvəl həmin klinikada ombasından əməliyyat olunub. Pelenin bu gün klinikadan çıxacağı bildirilir.
Modern.az