Dırnaqlarınızda yaranan hər hansı bir dəyişmənin sağlamlığınızla əlaqədar mənfi bir vəziyyətə işarə ola biləcəyini bilirsinizmi?
Sən demə ağciyər, qaraciyər və ürəyinizlə əlaqədar hər hansı bir problemin əlaməti əvvəlcə dırnaqlarda özünü biruzə verirmiş.
Solğun rəngli dırnaqlar
Çox solğun və ya da ağımtıl dırnaqlar çox vaxt yaşlılıqdan ötəri meydana gələn zərərsiz bir vəziyyətdir. Ancaq çox ciddi xəstəliklərin əlaməti də ola bilər. Məsələn, anemiya, ürək çatmazlığı və qaraciyər xəstəliyi kimi.
Tamamilə ağ dırnaq
Dırnaq səthi tamamilə ağdırsa buna diqqət yetirmək gərəkdir. Belə dırnaqlar qaraciyərlə əlaqədar ciddi bir problemə işarə ola bilər, məsələn Hepatit xəstəliyi kimi. Yəni belə dırnaqları olan barmaqların bəzən saralmış olduğu gözə dəyir. Bu da yenə qaraciyərdə bir problem olduğuna başqa bir işarədir.
Saralmış dırnaqlar
Saralmış dırnaqlar çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları içəri doğru çəkilmiş və dırnaqların parçalanmış kimi bir görünüşü var. Saralmış dırnaq çox nadir də olsa şəkərli diabetə, sədəf xəstəliyinə, tiroid probleminə və ya ağciyərlə əlaqədar bir problemə də diqqət çəkir.
Mavi rəngə çalan dırnaq
Mavi rəngə çalan dırnaq bədənə kifayət qədər oksigen girmədiyini göstərir. Belə dırnaqlar ağciyər xəstəliklərindən sətəlcəmin xəbərçisi ola bilər. Çox yüngül maviləşən dırnaq diabet əlaməti də ola bilər.
Nahamar, dalğalı dırnaq
Əgər dırnaq səthi nahamar, çuxurlu və əyri-üyrü olmuşsa, dırnaq altında qırmızı-qəhvəyi rəngli ləkələr meydana çıxmışsa, bu, deformasiyanın arxasında sədəf xəstəliyi və ya oynaq iltihabı yatır.
Çatlaq və ya ikiyə ayrılmış dırnaq
Ucları çatlamış, ikiyə ayrılmış, asan qırılan dırnaqlar tiroid xəstəliklərinin xəbərçisidir. Bu deformasiya sarımtıl dırnaq altı ilə birləşirsə, göbələk xəstəliyi ola bilər.
Ətrafı şişmiş dırnaq
Əgər dırnaq ətrafı şişmiş və qızarmışsa, dırnaq yatağının iltihablanmış olduğunu göstərir. Bu, dəri vərəminə də işarə ola bilər.
Tünd rəngli xətləri olan dırnaq
Əgər dırnaq səthində tünd rəng xəttlər, kölgələr meydana çıxmışsa, dərhal həkimə müraciət edilməlidir. Bu, ən təhlükəli dəri xərçənglərindən Melanomun əlaməti ola bilər.
Dırnaq yemək
Dırnaq yemək, anksiyete pozğunluğunun bir nəticəsidir. Bu, obsesif-kompulsif pozuqluğunun da bir nəticəsi ola bilər. Dırnaq yeməyi tərgiztmək hər vaxt asan olmağa bilər. Həkimə müraciət məsləhətdir.
Modern.az