Xeyli müddətdir Azərbaycanda bir çox valyutadəyişmə məntəqələrində rus rublu qəbul olunmur. Buna səbəb kimi rublun məzənnəsinin olduqca aşağı düşməsi əsas gətirilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankdan belə göstəriş verilməyib:
“Əgər hansısa bank və ya valyutadəyişmə məntəqəsi bunu edirsə, qanunsuzdur. Amma çox güman ki, baş verənlər rus rublunun dəyərdən düşməsi ilə bağlıdır”.
Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayev də deyib ki, bankın belə bir göstərişi yoxdur, əgər hansısa bank bunu edirsə qeyri-qanunidir.
Gülşən RAUFQIZI