20104-cü il oktyabr ayının 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz artaraq 7 milyard manat təşkil edib.
Modern.az saytı xəbər verir ki, barədə Dövlət Statistika Komitəsindən açıqlanan məlumatda bildirilib.
Rəsmi məlumata görə, əmanətlərin 2.6 milyard manatı xarici valyuta ilə, 4.4 milyard manatı isə milli valyuta ilə qoyulub.
Qeyd edək ki, Azərbaycanda əmanətlər əsasən 42 banka yatırılır ki, həmin kommersiya müəssisələri də Əmanətlərin Sığortalanması Fondunun üzvləridir. 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.
Modern.az