Modern.az

CHP-dən Azərbaycana DƏSTƏK: “Azərbaycan başqa necə reaksiya verməli idi?!”

CHP-dən Azərbaycana DƏSTƏK: “Azərbaycan başqa necə reaksiya verməli idi?!”

17 Noyabr 2014, 21:39

Türkiyənin ana müxalifət partiyası CHP Azərbaycan- Ermənistan qoşunların təmas xəttində son günlər müşahidə olunan gərginliklə bağlı mövqeyini açıqlayıb. Türkiyənin ana müxalifət partiyası olan CHP məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Modern.az saytının məlumatına görə CHP başqanının müavini Faruk Loğoğlu “Vestnik Kavkaza”ya açıqlamasında bildirib ki, cəbhə xəttindəki gərginlik Türkiyə ictimaiyyətini də narahat edir.

CHP funksioneri bildirib ki, Türkiyə öz sərhədlərində münaqişənin eskalasiyasını arzu etmir.   Faruk Loğoğlu söyləyib ki, bəzi beynəlxalq şərhçilərin Ermənistanın təxribat hərəkətlərini danlamaq əvəzinə, ona bəraət qazandırmağı başa düşülən deyil.        

“Azərbaycan hava məkanının pozulması faktına başqa cür reaksiya verə bilməzdi”,-deyə CHP rəsmisi cəbhə xəttində məhv edilən Ermənistan ordusuna məxsus helikopterlə bağlı mövqeyini bildirib.    

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat törətmək istəyən Mİ-24 helikopteri  Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi