Toy zamanı fatasını çıxaran gəlini görən ər tamam başqa qız görəcəyini təsəvvür etdiyini deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında kişi evlənməmiş boşanmaq qərarına gərarına gəlib. Bu, toy mərasimində fotoqraf gənclərdən şəkil çəkdirməyi xahiş edərkən baş verib. Gəlin fatasını çıxarandan sonra bəy dərhal yerindən sıçrayaraq deyib: “Bağışla, sən mənim təsəvvür etdiyim kimi deyilsən, biz ayrılmalıyıq”.
Məlumatda qeyd edilir ki, bu bəyanatdan sonra gənc xanım hönkürtü ilə ağlayıb, qonaqlar isə yeni qurulacaq gəncləri əhatəyə alaraq münaqişəni yoluna qoymağa cəhd ediblər. Ancaq bəy qəraını dəyişməməkdə israrlı olub, bəyan edib ki, onun əvvəlcədən gələcək həyat yoldaşı görmək imkanı olmayıb.