“Yumurta prezident Qaukun gicgahına dəyib. O, şokdan diksinib, ancaq mərasimdə nəzərdə tutulan proqramına davam edib”, - Çexiya prezidentinin mətbuat xidməti belə xəbər verib. Məlumatda Çexiya prezidentinin qonağından üzr istədiyi də bildirilir. “Miloş Zeman Yoahim Qauka deyib: “Cənab prezident, məni bağışlayın, bu yumurta mənim üçün nəzərdə tutulmuşdu”.
Bundan əvvəl verilən məlumata görə, Miloş Zemanın Rusiyameylli siyasətinin əleyhinə təşkil olan aksiyalarda 5 minə yaxın adam iştirak edib.
Modern.az