Modern.az

Aqşin Yenisey yenidən mətbuata qayıdır: “Təkliflər var...”

Aqşin Yenisey yenidən mətbuata qayıdır: “Təkliflər var...”

18 Noyabr 2014, 11:27


“Dünən  Gömrük Hospitalında sonuncu müayinədən keçdim.  Sağlamlığımla bağlı şər şey yaxşıdır. Xəstəlikdən heç bir əsər-əlamət qalmayıb”- bunu Modern.az saytına sağlamlığı baradə danışan şair Aqşin Yenisey deyib.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl qaraciyər serrozundan əziyyət çəkən şair Mərkəzi Gömrük Hospitalında müalicə olunurdu. A.Yenisey əslində 1 aydan çoxdur ki, özünü yaxşı hiss etdiyini və işləmək istədiyini də bildirir. Lakin həkimlərin məsləhəti ilə tam sağalmağını gözləyirdi:

“İndi hələlik işə çıxmıram. Lakin hamı kimi səhər işə gedib, axşam gələ bilərəm. İşgörmə qabilyyətim qaydasındadır.

Planlaşdırıram ki, yaxın vaxtlarda hanısa işin qulpundan yapışım. Ya öz işimdə fəaliyyətə başlayacam, yam da başqa  yerdə. Hazırda bir neçə yerdən iş təklif var. Təklifləri dəyərləndirəcəm. Hansı münasib olsa, orada işləyəcəm.  Lakin hazırda konkret harada işləyəcəyimi bilmirəm”.

Aqşin Yenisey harda olmasından aslı olmayaraq yazı-pozu, yaradıcılıq işləri ilə məşğul olacağını deyib.

“Başqa işlərdə özümü görmürəm. Evdə də boş oturmuram. “Qanun” nəşiryyatı ilə müqaviləmiz var. Onlar mənə kitabları göndərirlər, redaktə edirəm. Öz yazılarımı da işləyirəm. Rəsmi qaydada harada çalışmağım yaxın zamanlarda bəlii olacaq”.  

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI