Modern.az

Bu il ərzində Azərbaycanda doğulan və ölənlərin sayı açıqlandı

Bu il ərzində Azərbaycanda doğulan və ölənlərin sayı açıqlandı

İqtisadiyyat

18 Noyabr 2014, 11:48

Dövlət Statistika Komitəsi Modern.az saytının sorğusuna cavab olaraq, 2014-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda doğulanlar və ölənlər barədə statistikanı açıqlayıb.

Komitənin verdiyi məlumata görə, 2014-cü il oktyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9564,4 min nəfərə çataraq, ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9 faiz artıb.

Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi 65 və yuxarı yaşda olanlardır.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub ki, bu da gün ərzində orta hesabla 469 körpənin dünyaya gəlməsi deməkdir. Doğulanların 53,6 faizini oğlan, 46,4 faizini isə qız uşaqları təşkil edir. Körpələrin 2308-i əkiz, 48-i isə üçəm doğulub.

Həmçinin məlumatda deylib ki, bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.

 Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...