Modern.az

Komitə sədrindən xəbərdarlıq: “Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”

Komitə sədrindən xəbərdarlıq: “Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”

18 Noyabr 2014, 12:56

“2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib. Dünya bazarlarında qiymət 75-80 dollara enə bilər”.

Modern.az saytı  xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. 
O bildirib ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz:

“Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”.

Aqşin Kərimov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama