Milli Məclisin 18 noyabr tarixli iclasında deputat Fazil Mustafa şəhid, qazi və itkin düşmüş şəxslərin "Azərsığorta laq" tərəfindən "qanpulu" adlanan həyat sığortası pulunun verilməməsi və hökumətin də buna eyd yanaşması məsələsini yenidən qaldırıb.
Modern.az xəbər verir ki, deputat bu kateqoriyadan olan insanların hüquqlarının dərhal təmin olunmasının vacibliyini bildirib.
Fazil Mustafa həkimlərin və müəllimlərin maaşlarının artırılması, ən azı məktəblərdə differensasiya prinsipini tətbiq edərək daha keyfiyyətli dərs deyən müəllimlərə yüksək maaş verilməsinin zəruriliyini qeyd edib. O, icbari tibbi sığortanın təmin edilməsinin qəsdən gecikdirildiyinə diqqət çəkərək, heç olmasa, qısa müddətə xəstə uşaqların müalicəsi üçün 15-20 milyon manatlıq bir fondun yaradılmasını, müalicə xərcləri 20 min manatdan yuxarı olan uşaqların müaəlicəsinin bu fond tərəfindən təmin edilməsini təklif edib. Daha sonra deputat sosial mənzillərin tikilməsi, 25-30 il müddətində bu mənzillərin evsiz vətəndaşlara kirayəyə verilməsi, kirayə haqqının da 150-160 manat civarında olmasını təklif edib.
Modern.az