Bir neçə gün öncə əməliyyat olunan yazıçı Məmməd Orucun vəziyyəti hazırda yaxşıdır. “Azərbaycan” jurnalının şöbə müdiri əməliyyat olunandan sonra xəstəxanada çox qalmayıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın
Modern.az-a verdiyi məlumata görə yazıçının səhhəti hazırda qənaətbəxşdir: “Məmməd Orucla danışdıq. Vəziyyəti yaxşıdır. Elə də ağır əməliyyat keçirməyib. Amma biz yenə də onun səhhəti ilə maraqlanacağıq”
Elmin NURİ