Modern.az

Cəbhə bölgəsində Leyla Əliyevanın təşəbbüsünə qoşuldular

Cəbhə bölgəsində Leyla Əliyevanın təşəbbüsünə qoşuldular

İqtisadiyyat

19 Noyabr 2014, 12:30

Füzulidə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu keçirilir 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında bu il noyabr ayının  5-dən start verilən  I “Ümumrespublika Yaşıllaşdırma” marafonu Füzuli rayonunda da həyata keçirilir.

Layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin respublikamızda yaşıllıqların artırılması barədə göstərişlərinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr iştirak edib. Ağacəkmə kampaniyası Zobucuqdakı beş və iki Qayıdış qəsəbəsində, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli və digər kəndlərdə həyata keçirilir.

Aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə ümumilikdə 4000-ə yaxın çinar və digər həmişəyaşıl ağac və dekorativ kol əkilib. Ağac əkilən ərazilərdə təmizləmə işləri görülüb, ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunub.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ağacəkmə və yaşıllaşdırma işləri ilə yaxından  maraqlanaraq, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib.

Alı Alıyev qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA İctimai Birliyinin təşəbbüsü əsasında həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində il ərzində rayonda  ağac əkilməsi işi davam etdiriləcək.

“Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Füzuli rayonunda  uğurla həyata keçirilir. Leyla xanım  Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihə isə yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə xidmət edir”.

Qeyd edək ki, son 4 il ərzində rayonun yaşayış məntəqələrində 80 mindən artıq müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, 20 min ədəd çinar, 120 min ədəd qızılgül kolları əkilib. Rayonda  ağac  əkini  marafonu  davam  etdiriləcək.










Modern.az 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...