Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramov institutun innovasiyalar və transfer üzrə direktor müavini təyin ediliblər.
Bundan başqa, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov Fizika İnstitutunun elmi katibi təyin edilib.
Fizika İnstitu ilə bərabər, Şamaxı Astrofizika Rəsədxanasında da təyinatlar həyata keçirilib. Fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, Elçin Babayev isə Rəsədxananın
elmi işlər üzrə direktor müavini (ictimai əsaslarla) vəzifəsinə təyin edilib.
Vaqif Xəlilov isə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi vəzifəsinə təyin edilib
Elmin NURİ