Modern.az

“Azərbaycanda istehlakçıya “yeriyən pul kisəsi” kimi baxırlar” - Xidmət sektorundakı xoşagəlməzliklər...

“Azərbaycanda istehlakçıya “yeriyən pul kisəsi” kimi baxırlar” - Xidmət sektorundakı xoşagəlməzliklər...

İqtisadiyyat

20 Noyabr 2014, 10:10

Yaşadığı ölkədən asılı olmayaraq hər bir müştəri daxil olduğu satış nöqtəsində (supermarket, parfümeriya dükanları, restoran və s.) ilk növbədə xidmətin yüksək səviyyədə həyata keçirilməsi arzusunda olur. Dünya praktikasında bunu görmək olsa da, Azərbaycan reallığı xidmət sektorunda vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

Əgər bir alıcı adi bir dükanda hər hansı məhsulla maraqlanıb onu almırsa, əvəzində başqa bir məhsula baxırsa, bu artıq “yolverilməz” hesab olunur. Satıcı bunu özünə qarşı təhqir hesab edir.

Bu, eyni zamanda restoran şəbəkələrində də belədir. Vay o gündən ki, bir dəfə çağırdığın ofisiantı təkrarən çağırasan. Halbuki, onun işi budur. 10 dəfə də çağırılsa, gəlməlidir.

Son vaxtlar qadınların daha çox şikayət etdiyi isə “İdael”, “Sabina” kimi brend adı almış iri pafümeriya dükanlarındandır. Orda alış-veriş edən xanım alıcılar satıcıların kobud rəfatarından, acıdilliyindən şikayət edir. Bəzən satıcılar özlərini elə aparırlar saniki onlaradn pulsuz mal istəyirsən.

Daha bir maraqlı fakt təyyarələrlə səyahət zamanı baş verir. Nəbadə təyyarədə ikinci dəfə susayıb su istəyəsən. Suyu gətirən stüardessa  az qalır elə həmin suyu başına töksün.

Bunlar bir yana, qapıya “Azərsu”, “Azəriqaz”, “Bakıelektrikşəbəkə”nin işçiləri bildiriş gətirən zaman ödəniş edilməsini elə kobud şəkildə tələb edirlər ki... Adam sadəcə söz tapmır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bu sahədə vəziyyətin bərbad olduğunu, sahibkarların istehlakçıya pul kisəsi kimi baxdığını deyir:

“Mağaza, tibb, restoran şəbəkələrində, ümumiyyətlə isə xidmət sahələrinin demək olar ki əksəriyyətində istehlakçıya qarşı pis münasibət var. Bu münasibət isə iki mərhələdə həyata keçirilir. Nə qədər ki, pul verməyib, ona pul kisəsi kimi baxılır, istehlakçı pulu verəndən sonra isə düşmənə çevrilir. Bu baxımdan bizə “Avropa qapıları” şirkətindən, diş kabinetlərindən, avtomobil xidmətlərindən,  restoranla bağlı çoxsaylı şikayətlər daxil olur.

Restoranlarda nə qədər ki, toy başlamayıb, müştərinin nazıyla oynanılır. Toy başlayandan sonra isə səni ümumiyyətlə tanıyan olmur”.



AİB sədri istehlakçı hüquqlarının pozulduğu yerlərdən birinin də supermarketlər olduğunu deyir:
“Supermarketlərdə geniş yayılan problemlərdən biri istehlakçının, xüsusilə qadınların çantasının alınaraq saxlanılması, onlara təzyiq edilməsidir. Çox təəssüf ki, Azərbaycanda biznes qurumları istehlakçıya “yeriyən pul kisəsi” kimi baxır, istehlakçılar isə biznesmenlərə “cibgir” münasibəti göstərir. Çünki, ölkədə biznes-istehlakçı etikası formalaşmayıb. Belə şəraitdə istehlakçı hüquqlarının pozulması kimi xoşagəlməz hallar meydana çıxır”.

Eyyub Hüseynovun sözlərinə görə, avtomobil təmiri yerlərində heç kimlə müqavilə bağlanmır. “İnsan qəza törədəndən sonra bilinmir ki, axırıncı dəfə qəzaya səbəb olmuş təkəri kim bağlayıb. Birmənalı şəkildə vətəndaşlardan alınan pulun müqabilində kassa çeki verilmir.

Restoran var ki, 1 şüşə su içirsən, amma yarım saat oturub yeri “zanit” eləmisənsə, 25 manat ödəməlisən. Yaxud çay təklif olunur, mütləq çayın yanında stola gətirilənlərin də pulunu ödməlisən, yeməsən belə. Bunun kökündə isə hökumətin istehlakçı siyasətinin zəif olması dayanır. Hökumət birmənalı şəkildə biznesin inkişafını dəstəkləyir. Müdaxilələrin qarşısının alınması üçün hər cür tədbirlər görür, lakin dövləti də, ordunu da, məmuru da saxlayan istehlakçı siyasəti həddindən artıq zəifdir.

Hazırda dövlətin istehlakçı siyasətinin formalaşdırılması üçün cənab prezidentə də açıq məktib yazmışam. İnanıram ki, problemlərin aradan qaldırlası üçün adımlar atılacaq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...