Modern.az

“Qarabağ fotolarda” – Üç şuşalının ailə FOTOLARI

“Qarabağ fotolarda” – Üç şuşalının ailə FOTOLARI

22 Noyabr 2014, 11:09

Modern. az saytı  “Qarabağ fotolarda” rubrikasını bu dəfə fərqli formatda təqdim edir. Hər dəfə bir fotonu təqdim etməklə həmin fotonun tarixçəsi, oradakılar və s. barədə elə həmin fotoda olan şəxslərdən biri məlumat verir. Bu dafə isə XX əsrin 20-ci illərinə və daha erkənə səyahət edəcəyik. 1916, 1918 və 1926- cı illərin Şuşasına.  Azərbaycan ədəbiyyat, musiqi və maarifçilik məktəbinin dahi nümayəndələrindən olan üç Şuşalını öz ailə üzvləri ilə bərabər təqdim edəcəyik:

 

Azərbaycan maarifçi-realist ədəbiyyatının ən güclü nümayəndələrindən olan Əbdürrəhim bəy Haqverdiyevdir. Foto 1926-cı il avqustun birində çəkilib. Ailə üzvləri ilə bərabər istirahət edən Haqverdiyev artıq yaşlaşıb. Belə ki, bu fotdan cəmi bir il sonra yəni 1927-ci ildə yazıçının yaradıcılığının 30 illik yubileyi keçiriləcəkdi.  

 

Azərbaycan musiqi sənətinin canlı ensiklopediyası adlandırılan xanəndə Cabbar Qaryağdı oğlu öz ailəsi ilə çəkdirdiyi foto. Şəkil 1916-cı ildə çəkilib. Bu o illər idi ki, xanəndə nəinki Qarabağda və Azərbaycanda , o cümlədən İran, Türkiyə və Rusiyada da tanınırdı. Elə həmin ildə xanındə Polşada verdiyi konsertin pulunu tələbə cəmiyyətinə yatırmışdı.    

Burada isə böyük maarifçi, Qazax Müəllimlər Seminariyasının təsisçisi Firudin bəy Köçərli öz ailə üzvləri ilə bərabərdir. Məkan yenə də Şuşadır. Köçərlinin isə ömrünə çox qalmayıb. Bu fotodan bir neçə il sonra maarifçi xaincəsinə öldürüləcəkdi. Fotada gözə dəyən əsas simalardan biri də Firudin bəyi heç zaman tək qoymayan həyat yoldaşı, Vəkilovlar nəslinin nümayəndəsi Badisəba xanımdır.

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI