Modern.az

Əfsanəvi “ARQO” gəmisinin sirri

Əfsanəvi “ARQO” gəmisinin sirri

23 Noyabr 2014, 22:22

(Birinci hissə)                   

“Arqonaftlar”…


“Arqo” adlı gəmidə “Qızıl dəri”ni gətirmək üçün Yunanıstandan Qafqaza gedən yunan qəhrəmanları haqqında gözəl  bir əfsanə… Saysız ilahlarla, ilahələrlə dolu bir macəra dünyası…

Nə  vaxtın əsfsanəsidir bu?  Eramızdan qabaq  3-cü əsrdə yazıya alındığı məlumdur. Amma bu sadəcə yazıya alındığı tarixdir. Miladdan əvvəl 3-cü əsr, yəni Makedoniyalı İskəndərin Əhəmənin imperiyasına son qoyub bizim  ellərdən keçib getdiyi vaxtlar… Yox, ondan da bir qədər sonra…

 Gəmidəki qəhrəmanlardan biri Herakldır. Bu əfsanəvi qəhrəman haqqında isə Homer hələ eradan qabaq 10-cu əsrdə öz  “İliada”sında yazmışdı. Homerə qədər çox-çox əvvəllərdən, min illər öncə yunanlar arasında məşhur imiş Herakl. Demək “Arqonavtlar” əfsanəsi yazıya alınandan azı min il əvvəllərdən varmış yunanların ağzında..

Amma nə vaxtdan? Təxmini də olsa əfsanənin yaranma  tarixini söyləmək mümkündürmü? Yunanların özləri də bu haqda heç nə deyə bilmirlər. Sadəcə nağıl imiş, fantaziya  imişmi?!

Əlbəttə ki hər bir əfsanə hansısa konkret hadisəyə söykənir. Mütləq. Yəni bu böyüklükdə əfsanədə heç bir real tarixi hadisə yoxdur, eləmi? Amma belə bir şey  mümkündürmü? Bəlkə yaxşı tədqiq olunmayıb?

Xeyr. Bu əfsanənin tədqiqatçıları kifayət qədərdir. Elə  isə  bəlkə diqqətdən yayınan bir şey olub?  Ola bilməzmi? Elə bir məqam diqqətdən qaça bilər ki, hansı ki məhz o məqam bu boyda əfsanənin yaranma vaxtıını öyrənməyə  gözəl  ipucu ola bilərdi. Nəinki əfsanənin yaranma vaxtını, hətta bu əfsanənin yaranma səbəbini, təməlində nəyin  durduğunu  öyrənmək üçün dayaq nöqtəmiz ola bilərdi.                                            

Əfsanənin birinci bölümünə baxaq. Çünki bu macəranın mayası bu bölümdədir. Burada nə deyildini, söhbətin nədən getdiyini, burada hansı tarixi hadisənin gizləndiyini bilmədən  bu əfsanə elə sonuna qədər də elə nağıl  olaraq  qalacaq.

Demək, bir şəhərdə küləklər tanrısının oğlu Afamant  adlı  birisi hökmranlıq edirmiş. Diqqətlə qulaq asın. Bu  kişinin  buludlar  ilahəsindən  Friks  adlı  bir  oğlu  və Hella  adlı  da bir qızı varmış. Günün birində  arvadına xəyanət edib İno adlı ikincisi ilə evlənir. İno ərinin birinci arvaddan olan övladlarını sevmir və onları məhv etmək qərarına gəlir. Əkinçiləri dilə tutur ki, əkiləcək toxumları qurutsunlar. Bəli, əkin zamanı gəlir, əkinçilər torpağa o qurumuş  toxumları  səpirlər və ona görə də heç nə bitmir. Xalq  aclıqla  üzləşə bilərdi, odur ki Afamant bir kahinin yanına adamlarını göndərir ki, o kahin göylərlə danışıb desin bu nə məsələdir. Hiyləgər  İno  bu adamları da ələ alır və onlar kahinin yanından geri qayıdanda Afamanta İnonun öyrətdiyi  sözləri  deyirlər. Guya  kahin deyibmiş ki, oğlun Friksi tanrılara qurban ver, o zaman tanrılar torpağın məhsuldarlığını  geri  qaytaracaqlar. Afamant da çox götür-qoy edir, nəhayət xalqın aclıq çəkməkləüzləşəcəyindən qorxub öz doğma oğlunu tanrılara qurban vermək qərarına gəlir. Bəli, qurban mərasimi üçün hər şey hazırlanır. Amma Friksin boğazı kəsilmək məqamıçatanda…bilirsinizmi nə olur? Heç bir yerdəncə qəflətən yanlarında tanrı Hermesin hədiyyəsi  olan qızılı yunlu dərisi olan bir qoç peyda olur. Qoçu Friksin ilahə anası göndərmişdi ki, uşaqları xilas olsun. Dərhal Friks və bacısı qoçun belinə otururlar və qoç onları havaya qaldırıb uzaqlara, şimal tərəfə aparır. Səyahət uzun çəkir. Bacısı qoçun üstündə müvazinətini itirib dənizə düşür. Nəhayət, qoç Friksi Qafqaza, Kolxidaya  çatdırır. Burada  tanrı Heliosun oğlu hökmranlıq edirdi. O, Friksi yanında saxlayır, uşaq yetkinlik yaşına çatanda isə onu öz qızı ilə evləndirir. Qızıl  dərili  qoçu  Zevsə qurban kəsirlər. Dərisini isə  müharibə tanrısının müqəddəs çəmənliyində asırlar ki, onu yuxu nə olduğunu bilməyən, ağzından od püskürən dəhşətli  əjdaha  qorusun. Bəli, zaman keçir, bu  “qızıl yunlu dəri” haqqında söz-söhbət bütün Yunanıstana yayılır. Və Afamantın  nəsilləri  hesab edirlər ki, onların  səadəti  o  dəriyə  sahib  olmaqdan  asılıdır, ona  görə də nəyin bahasına  olur  olsun  onu  ələ  keçirməyi  düşünürlər.      

Burada hansı tarixi hadisə yatır? Demək mümkünmü?

Adamın fikrini tanrılar, tanrıçalar qarışdırır deyə ilk baxışda həqiqəti görmək çətindir. Elə isəşifahi xalq yaradıcılığının içindəki min illərin fantaziya tozunu biraz təmizləməyəçalışaq. O zaman anlaşılan nə olacaq? Demək, qısacası, bir ataya deyilir ki, sən oğlunu tanrılara qurban verməlisən. O da razılaşır. Amma oğlunun boğazı kəsilməli anda  ilahi möcüzə baş verir; yanlarında heçdən bir qoç peyda  olur, qızıl yunlu dərisi olan bir qoç. Oğlu və qızı o qoçun belinə minir, qoç onları göylərə qaldırır, uzun yolçuluqdan sonra isə Qafqazda bir tək Friksi yerə endirir. Orada…

Dayanın!!

Hələlik sonrası qalsın. Necə yəni  ata  öz  doğmaca  oğlunu  göylərə  qurban  vermək istəyəndə yanında heçdən  bir  qoç peyda  olur?  Bu  ki  tanış mövzudur, elə  deyilmi?! Həm  də  bütün  bəşəriyyətə tanışdır!

Bəli, bəli, düz tapdınız, çünki bu əhvalat insanlığın tarixi boyunca tək bircə  dəfə  baş vermişdir, yalnız bircə ata ilə oğulun başına gəlmişdir. Eramızdan təxminən 3500 il əvvəl. İbrahim peyğəmbərəöz doğma oğlu İsmayılı Allah xatirinə qurban vermək əmr edilibmiş, o  da  Allahı  çox sevdiyi üçün onun əmrindən çıxmamış və oğlunun boğazına bıçaq çəkmək istəmişdi. Lakin o andaca Allah Təala ona bir qoç göndərmişdi ki, onu kəssin körpəİsmayılın yerinə. Allah Təala onu sınamaq istəyirmiş. Bu möcüzə ilə körpəİsmayıl  labüd  ölümdən qurtulmuşdu. Fərq ondadır ki, İsmayılın bacısı olmamışdır, bəlkə  də  elə buna  görə səyahət zamanı qoçun belindən “düşürülüb dənizdə boğdurulur”. Bir də, İsmayıl İbrahim peyğəmbərin birinci yox, ikinci arvadından olmuşdu. Birinci arvadı Sara xanımdan övladı olmadığına görə o , Həcər xanımla evlənmişdi və körpəİsmayıl doğulandan sonra məhz Sara xanım onların ana-bala ikisinin də qovulmasını tələb etmişdi. Sara xanımı  körpəsi olacağı ilə mələk Cəbrayıl lap qoca yaşlarında müjdələmişdi. İshak adı verəcəkləri bu uşaq gələcək İsrailoğullarının  ulu  babası  olacaqdı.

Həəə, indi artıq əlimizdə “Arqonavtlar” əfsanəsindəki gizli mətləblərin açılışıüçün istinad etməyə kifayət qədər dəqiq və etibarlı faktımız vardır. Çünki bu fakt, yəni insanın qurban veriləcəyi  vaxt heç bir yerdən qurbanlıq qoçun peyda olması faktı Yer üzündəki bütün kitabların ən mükəmməli  olan  Qurani  Kərimdə  də  öz təsdiqini tapmışdır.

Burada ilk baxışda gərəksiz görünən çox kiçicik bir detalı da unutmayın. Diqqət etdinizsə, qoç Friksi şimal tərəfə aparır, amma Qafqazda, yəni Yunanıstana görə şərqdə yerə endirir.Əgər mənzilbaşı şimaldırsa, qoç cənubdan uçmuş olmurmu?

Bu yerdəəfsanənin ikinci vəüçüncü bölümlərinə nəzər yetirmək lazımdır ki, baxaq görək  “arqonavtlar” nə deməkdir  və  haradan  peyda  olurlar?

Deyir ki, başqa bir şəhərdə həmin o Afamantın qardaşı  hökmdarlıq  edirmiş.

Digər bir şəhərdə…Bu kiçik görünən detal da əslində tədqiqatım üçün çox önəmli olacaq dedikləriməəlavə bir sübut kimi. Yəni qardaşdırlar, amma səltənətləri bir-birlərindən  aralıdır…

Demək, həmin o qardaşın Eson adlı bir oğlu varmış. O öləndən sonra hakimiyyət qanunla Esona keçir, amma bir müddətdən sonra Esonun Peliy adlı anabir qardaşı, hansı  ki  atası dəniz tanrısı Poseydon imiş, hakimiyyəti ələ alır  və  beləcə  Eson  hakimiyyətdən  məhrum  olub  şəhərin adi  vətəndaşından birinəçevrilir. Esonun  Yason adlı körpə bir oğlu varmış. Peliyə kahinlər deyəndə ki, səni gələcəkdə Esonun oğlu öldürtdürəcək, Eson bundan xəbər tutur və körpəsi üçün  təlaş keçirir, qorxur ki, Peliy onu aradan götürsün . Ona görə də onu uzaqlarda bir mağaraya, müdrik Kentavrın yanına  aparıb qoyur ki, onun yanında  böyüsün. Əlqərəz, yetkinlik yaşına çatanda Yason artıq mağaradan şəhərə, insanlar arasına qayıdır. Və Peliydən tələb edir ki, hakimiyyəti ona qaytarsın. Kahinlərin on illərləəvvəl etdiyi xəbərdarlıq Peliyin yadına düşür, təhlükəni özündən uzaqlaşdırmaq üçün onu çətin səfərə göndərməyi qərara alır ki, getsin qayıtmasın. Axı hamı eşitmişdi uzaqlarda, Qafqaz deyilən yerlərdə məşhur qızıl dərini qorxunc bir əjdahanın qoruduğunu, onun əlindən necə sağ salamat qurtulmaq olardı? Deyir əgər Qafqaza gedib  “qızıl yunlu dəri”ni  gətirsən hakimiyyədən əl çəkib taxt-tacı sənə verəcəyəm. Yason da ona inanır və səfər nə qədər təhlükəli olsa da razılaşır. Səyahət üçün Arqo adlı bir usta tərəfindən böyük bir gəmi düzəldilir, elə ustanın şərəfinə də gəminin adı “Arqo” adlanır. Yason da Yunanıstanın hər yerindən bu səyahət üçün könüllülər yığır. Əfsanəvi qəhrəman Herakl  da  o  könüllülərin arasında olur. Bax, həmin o səyahətçilərə arqonavtlar deyilir, yəni  “Arqo”  gəmisində  gedənlər.

Görürsünüzmü, nə qədər təəccüblü olsa da “Arqonavtlar” əfsanəsinin mayasında kəsinliklə “qurbanlıq qoç”  hadisəsi durur. Amma…

Əlbəttə ki çox təəccüblüdür!  Yunanıstan hara, Aralıq Dənizinin şərq sahilləri hara? Axı bu hadisəİbrahim peyğəmbərin öz şumer qəbiləsinin əlindən Aralıq dənizinin şərq sahillərinə qaçmasından sonra baş vermişdi. Yəni yunanların arasında deyil, Samoğullarının,yevreyoğullarının arasında baş vermişdi . Hadisənin tarixi də məlumdur; eradan qabaq 3500-cü illər. O zamanlar isə nəinki yevreylərin arasında, ümumiyyətlə, bütün dünyada yunan deyilən xalq mövcud  deyildi.  Bu hadisənin üstündən hələ 1500 ildən dəçox vaxt keçməli idi ki, Balkan yarımadasına, yəni indi Yunanıstan  deyilən torpaqlara əvvəlcəşimaldan, Macarıstan tərəflərdən, bir müddət sonra da Misir, Həbəşistan, Suriya tərəflərdən insanlar axın axın gəlib toplaşsın. Bəli, əsrlər ötəcək, bax bu qarışıq insan kütləsi arasında elə demoqrafik yüksəliş  olacaqdı ki, Balkan yarımadasında əhalinin sayı eradan əvvəl birinci minilliyin əvvəllərində 7 milyonu aşacaqdı və bu qarışıq insan kütləsindən artıq vahid yunan milləti formalaşmış olacaqdı. Bu mənim  fantaziyam deyildir, yunan tarixçilərinin fikridir.

Yəni yunan adlı xalq  da əvvəlki yazılarımda dediyim kimi “qarışıq xalqlardandır”, ilkin üç xalqdan - türkdən, ərəbdən, yevreydən törəyənlərdəndir. Bu üç xalqın özü də vahid  tatar  / tartar / xalqındandır, dil  zaman- zaman dəyişdiyi üçün Nuh peyğəmbər ailəsinin üç oğlundan törəyənlərin  nəsilləri üç müxtəlif xalqa çevrilmişdir. / Tartarlar  barədə ayrıca  tədqiqatım var deyə burada o haqda geniş danışmaq istəmirəm, inşaallah zamanı gəlincə o yazımı da dəyərli oxucuların ixtiyarına verəcəyəm./. Yunanların genealogiyasına görə bu xalqın təxminən yarısıŞimali Afrikadan və Aralıq dənizinin şərq sahillərindən gələnlərdir, məlum olduğu kimi oralarda əsasən  ərəblər və yevreylər yaşamışlar. Qalan yarıya qədəri isə  şimaldan,  ”Alp dağlarının o üzündən” / Trans Alp / və macar çöllərindən gəlmişlər. O çöllüklər, ta Volqa çayına qədər sonralar Dəşti-Qıpçak deyilən yerlər isə  türkdillilərin məskəni olmuşdur. Qədim romalıların  ”Alp dağlarının o üzündən gələnlər”  ifadəsi ilə də hansı tayfalar nəzərdə tutulur, ayrıca izah edəcəyəm. Demək, yunan xalqının qalan yarısını  türkdillilər    formalaşdırmışlar. Əlbəttə, tamamilə yeni dillərdə danışan insan kütlələri də Kiçik Asiyadan Balkan yarımadasına köç etmişlər, çünki şimaldan gələnlərin dövründə artıq Babilistanda Babil qülləsinin tikintisi bir müddət idi ki orada çalışanların müxtəlif dilli olmalarıüzündən dayandırılmışdı, yəni dillər Yer üzündə artıq kifayət qədər idi. Amma bu köçşimallıların və cənubluların gəlişi qədər kütləvi deyildi. Təsəvvür edin ki, eradan qabaq 13-cüəsrdə Musa peyğəmbər Misirdən bütün yəhudiləri çıxarıb öz arxasınca aparır və bu böyük insan   kütləsi deyilənə görə qırx il səhralarda dolaşır ta Musa peyğəmbər haqqın dərgahına qovuşana qədər. Çünki yevreylər Allahın əmrinə boyun əyməyərək dinsizlərlə vuruşmaq istəmirdilər, deyirdilər ki , Allah istərsə filan şəhərləri bizə biz döyüşmədən də verər. Amma  Musa  peyğəmbər  rəhmətə  gedəndən bir xeyli  sonra o səhralarda dolaşanların hamısımı qururlar yəhudi dövlətini? Əlbəttə ki xeyr. Bəs qalanlar hara gedirlər?

Yaxın  Şərqə səpələnirlər, əzizlərim, bir qismi də Kiçik Asiyadan  Balkanlara keçir. Özlərinə  qədər  Balkanlarda yaşayan şimallılara İbrahim peyğəmbərlə bağlı o möcüzəli hadisəni onlar danışa bilərdilər yalnız. Çünki şimallılar Göy Tanrı inancında idilər, nəİbrahim peyğəmbərdən, nəİsmayıldan, nəİshakdan xəbərləri yoxdu. O türklər eradan qabaq 6-cı minilliyin sonlarında Orta Asiyadan Qafqaza köç edən  türk qolundan yox, Ural dağlarından  aşıb  Şərqi Avropa düzənliklərinə səpələnən qıpçaq türklərindən idilər. Herakl adlı qəhrəmanı da ağızdan ağıza məhz onlar aparmışlar Orta Asiyadan Dəşti Qıpçağa, Şərqi Avropaya, oradan da sonralar Balkan yarımadasına.

Və “Arqonavtlar” əfsanəsində gəmiyə oturtmuşlar!!!

Heyrətləndinizmi? Təbii ki bəli. Amma niyə? Az əvvəl  demədimmi  oğlunu  Allaha  qurban edərkən qoç peyda olması hadisəsi yunanların  deyildir? Yəni bunu bütün dünyada kimsə inkar edə bilərmi ki, bu hadisə  İbrahim peyğəmbərlə və oğlu İsmayılla bağlı deyildir? Elə isəəfsanənin mayasını təşkil edən bu hadisənin yunan xalq yaradıcılığına doğmaymış kimi daxil olmasına niyə heyrətlənmədiniz? Eynilə bunun kimi Herakl adlı qəhrəman da yunanların deyildir, bu qəhrəman Orta Asiyanın məşhur Goroğlusudur. Türklərdən hətta farsdilli taciklərə də keçib Orta Asiyada yaşadıqlarına görə, Gurquli, Guruqli kimi. Gor, yəni qəbir, məzar. Amma  qarışdırmayın; Goroğlu və Koroğlu başqa- başqa  qəhrəmanlardır. Goroğlunun  Koroğlu ilə heç bir əlaqəsi yoxdur. Çünki Koroğlu 13-cüəsrin qəhrəmanıdır, Çingizxanın məşhur sərkərdəsi, bir gözü kor Subuday bahadırdır. Bu barədə  “Koroğlu sirri:əfsanədən həqiqətə”  adlı kitabımda ətraflı yazmışam, bunun məhz belə olduğunu kütləvi şəkildə qəbul etmək indi çətin olsa da fakt faktdır. Goroğlu  isə  Orta Asiya türklərində eramızdan min illərləəvvəl dillərdə gəzən bir əfsanədir. Bir hökmdar məğlub edilib öldürüləndə hamilə arvadı da öldürülür, arvad məzara qoyulduqdan sonra isə qeyri-adi hadisə baş verir; məzardaca körpəsi dünyaya gəlir. Yaxınlıqda otlayan at onu əmizdirir deyə körpə həyatda qalır. Adamlar təsadüfən bunu görüb körpəni məzardan götürürlər, adına da gordan, məzardan tapıldığıüçün Goroğlu deyirlər. Tarixdə də bu adla qalır. Böyüyəndə qeyri- adi qəhrəmanlıqlar göstərir. Eramızın 13-cüəsrində isə Çingizxanın sərkərdəsi Subuday bahadır  Xarəzmşah  Əlaəddini qova-qova türkmən çöllərindən keçəndə  ona  Koroğlu demişlər, çünki o sərkərdəÇin savaşında qılınc zərbəsindən sağ gözünü itirmişdi, təkgözlü qalmışdı və Subuday bahadıra .qədər  Orta Asiya türklərində “Goroğlu” əfsanəsi yaşadığından bu təkgözlü qəhrəmanın şərəfinə  yaratdıqları “Koroğlu” dastanında Goroğlu ilə Koroğlunu birləşdirmişlər. Bu  iki  sözün, demək olar ki, eyni cür səslənməsi bu “sintez”in  başlıca  günahkarlarındandır, desəm yanılmaram. Bizim Qafqaz vəİran türklərinin “Koroğlu” dastanında belə bir  sintez yoxdur, çünki bizim dədələrimiz Orta  Asiyada Goroğlu əfsanəsi yaranandan xeyli əvvəl, daha doğrusu  eradan əvvəl  6-cı minillikdə  o yerləri tərk edib ilk köç  zamanı  Qafqaza  gəlmişlər.

(ardı var)


Mirzə Hacıyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI